Qaynar xətt:

(+99450) 247 90 86

Azad edilmiş ərazilərdə daha 247 mina aşkarlanıb

2025/01/13/1736771321_1736765665.thumb.jpg

CƏMİYYƏT

790

13.01.2025, 16:54

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (03.01.2025 -12.01.2025) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 192 piyada əleyhinə mina, 55 tank əleyhinə mina, 567 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 043,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.